İyun 20, 2025-8:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ziyafət Əsgərov: Gələn ilin dövlət büdcəsinin layihəsi qlobal iqtisadi meyillər nəzərə alınmaqla hazırlanıb

2023:11:03 - 12:43
in SİYASƏT
A A

Azərbaycan Respublikasının 2024-cü il üçün dövlət büdcəsinin layihəsi qlobal iqtisadi meyillər və ölkəmizin qarşısında duran strateji çağırış nəzərə alınmaqla hazırlanıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 3-də keçirilən birgə iclasında komitə sədri Ziyafət Əsgərov deyib.

“Biz təhlil apararkən büdcənin ümumi rəqəmlərinə deyil, onun strukturuna bu strukturda baş verən dəyişikliklərə də diqqət yetirməliyik. Bu baxımdan əsas prioritet sahələr təhsil, səhiyyə, müdafiə, sosial təminat sahələri üzrə mühüm artımla diqqəti cəlb edir. Belə ki, təhsil xərcləri 2023-cü illə müqayisədə 143 milyon manat, yəni, 3,2 faiz çox, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün isə 649,6 milyon manat və ya 32,8 faiz çox vəsait proqnozlaşdırılması bunun bariz nümunəsidir”, – deyə komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi, dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daim diqqətdə saxlanılmasını, daha da gücləndirilməsini tələb edir. Qısamüddətli antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazisində suverenliyinin bərpasının təmin olunması dövlətin qarşısında yeni çağırışlar yaradıb. Bu çağırışlar müdafiə və təhlükəsizlik sahəsini də əhatə edir. Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2024-cü ilin dövlət büdcəsində nəzərə alınıb. AZƏRTAC

Əvvəlki Yazı

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Antalyada beynəlxalq konfrans keçiriləcək

Növbəti Yazı

Araz Aslanlı: Antiterror tədbirlərinin nəticələri Azərbaycana qarşı təzyiqləri xeyli zəiflədib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.