Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində səsvermə günündən sonra respublikada zorakılıq olmayacaq.
“Heç bir zorakılığın olacağını düşünmürəm (seçkilərdən sonra). Mən əlavə edərdim ki, əhali arasında qütbləşmə elita ilə müqayisədə olduqca aşağıdır Zurabişvili mətbuat konfransında deyib və bir daha müxalifətin qələbəsinə əmin olduğunu bildirib.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili çərşənbə günü bildirib ki, gürcü müxalifəti qeyri-hökumət təşkilatlarının (QHT-lərin) iştirakı ilə parlament seçkilərindən sonra ölkədə dövlət çevrilişi etməyi planlaşdırır.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu, seçki məntəqələrinin 74 faizində quraşdırılacaq və seçicilərin demək olar ki, 90 faizini əhatə edən elektron seçki qutularından istifadə edilən ilk seçki olacaq. Səsvermə bülletenlərindən səsləri oxuyan cihazlardan əlavə, seçiciləri yoxlamaq üçün texnologiyadan istifadə ediləcək. (Tass)