İyun 25, 2026-23:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

15 İyun milli birliyimizi gücləndirən mühüm tarixi hadisədir

2026:06:15 - 10:53
in SİYASƏT
A A
Müstəqil Azərbaycanın bugünkü uğurlarının əsasında dayanan ən mühüm tarixi hadisələrdən biri 15 İyun – Milli Qurtuluş Günüdür.

Bunu “Report”a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O qeyd edib ki, bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, dövlətçiliyin qorunması və xalqın rifahının təmin olunması istiqamətində atılmış həlledici addımdır:

“1993-cü ildə Azərbaycan ağır siyasi böhran yaşayırdı. Dövlət idarəçiliyi zəifləmiş, iqtisadiyyat tənəzzülə uğramış, torpaqlarımız işğal altında qalmışdı. Ölkədə hökm sürən xaos və anarxiya dövlət müstəqilliyini ciddi təhlükə altına qoymuşdu. Belə bir şəraitdə xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni mərhələ başlandı”.

 

 

Deputat xatırladıb ki, ilk növbədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları gücləndirildi, qanunçuluq bərpa olundu, vətəndaşların dövlətə inamı qaytarıldı:

“Milli Qurtuluş Günü yalnız keçmişə aid tarix deyil. Bu gün həm də Azərbaycanın gələcəyinə işıq tutan, dövlətçilik ənənələrimizi möhkəmləndirən və milli birliyimizi gücləndirən mühüm tarixi hadisədir”.

O vurğulayıb ki, 15 İyun xalqın xilasa aparan seçim etdiyi gündür.

“Bu seçim Azərbaycanın sabitliyini, inkişafını və bugünkü qüdrətini təmin etmişdir. Məhz buna görə də Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin təməli və uğurlarımızın başlanğıcı kimi böyük ehtiramla qeyd olunur”, – Ş.Seyidzadə deyib.

Əvvəlki Yazı

Milli Qurtuluşdan Zəfərə: Heydər Əliyev siyasətinin təntənəsi olan müasir Azərbaycan

Növbəti Yazı

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.