Qeyd edək ki, texniki reqlament Azərbaycan Respublikası ərazisində aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının istismarında təhlükəsizlik qaydalarına məcburi tələblərin müəyyən edilməsi və aşağı gərginlikli (1000 V – dək, 1000 V daxil olmaqla) elektrik qurğularının və avadanlıqlarının istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanıb. Texniki reqlament “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyinin təmin edilməsini və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.
