İyun 17, 2026-0:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

2025:09:04 - 16:48
in GÜNDƏM
A A

“SEN1SEN” mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyəti Həftəsi çərçivəsində Kassini şəhərindəki (İtaliya) “Palazzo Mandrilli” qalereyasında azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi fotosərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə 50-dən çox fotoşəkil yer alır və Azərbaycanın təbii gözəlliyini bütün rəngarəngliyi ilə təcəssüm etdirir. Təqdim olunan kadrlarda Aydın Mehdiyev əsas vurğunu emosional təəssüratlara yönəldir. O, spektrin rənglərinin çalarlarını çatdırmağa çalışır ki, onlar bütöv mənzərələri əks etdirsin. Onun kompozisiyaları canlı orqanizm təəssüratı yaradır. Bəzi kadrlarda rəqəmlərə və onlar üçün nəzərdə tutulan fona bölünmə yoxdur; boşluq və natamamlıq hiss olunmur. Foto kadrı əsas və ikinci dərəcəli rənglərin kontrast qanunlarına əsaslanan ən yüksək rəng kəskinliyinə malik dekorativ pannoya çevrilir.

Aydın Mehdiyev texnika elmləri doktoru, gömrük xidməti polkovniki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professoru, 2025-ci ilin aprel ayında Beynəlxalq İncəsənət Fotoqrafları Assosiasiyası (IAAP) tərəfindən “Titan” adına layiq görülmüş məşhur fotoqrafdır.

Aydın Mehdiyev AZƏRTAC-ın müxbirinə müsahibəsində sərginin İtaliya ictimaiyyəti tərəfindən necə qarşılandığından danışıb: “Ziyarətçilər əsərləri çox maraqla seyr etdilər. Qonaqlar arasında təkcə italyanlar deyil, İtaliyada yaşayan digər millətlərin nümayəndələri də olub. Fotosərgini bu hadisədən xəbər tutan yerli türklər də ziyarət ediblər. Açılışda Kassini şəhərinin meri də iştirak edib. UNESCO nümayəndələri də var idi. Onlar Azərbaycan tərəfi ilə bəzi layihələr üzrə gələcək əməkdaşlığa maraq göstərirlər. Bu sərgi ilə göstərməyə çalışdım ki, Azərbaycan heç bir sahədə, xüsusən mədəniyyət sektorunda Avropa ölkələrindən geridə qalmır. Biz əməkdaşlığa da açığıq, amma bərabər şərtlər altında. Bu hər kəs üçün faydalı olardı”.

Fotosərgi üç gün davam edəcək.

Əvvəlki Yazı

Zelenski və Vitkoff Parisdə görüşüb

Növbəti Yazı

AFP: “İstəyənlərin Koalisiyası” toplantısının iştirakçıları Trampla danışıqlar aparır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.