Avqust 15, 2026-2:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AZPROMO: Azərbaycan Çinlə qarşılıqlı investisiya əməkdaşlığına dair iş prosedurunu razılaşdırıb

2025:09:09 - 17:37
in İQTİSADİYYAT
A A

Azərbaycan və Çin investisiya əlaqələrinin cari vəziyyətini müzakirə edərək, birgə reallaşdırılan layihələrin müntəzəm izlənilməsi və operativ koordinasiyasının gücləndirilməsi üçün əsas təmas nöqtələrini müəyyənləşdirib.

“Report” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Çinin Siamen şəhərində İqtisadiyyat Nazirliyi ilə Çin Ticarət Nazirliyi arasında investisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun ilk iclasında aparılıb.

İclasda qarşılıqlı investisiya əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığa dair iş proseduru razılaşdırılıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Çin tərəfindən isə Ticarət Nazirliyinin Beynəlxalq investisiya və iqtisadi əməkdaşlıq departamentinin baş direktorunun müavini Yan Haonun həmsədrliyi ilə keçirilən iclasda tərəflər həmçinin mütəmadi olaraq ortaq təşəbbüslərdə müşahidə olunan irəliləyişlər barədə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə ediblər.

İclasda dövlət qurumları da daxil olmaqla, hər iki ölkənin şirkətləri arasında əlaqələrin genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin, habelə müxtəlif sahələrdə investisiya və maliyyə tərəfdaşlığının təşviqi dəstəklənib. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq potensialının reallaşdırılması məqsədilə mövcud sazişlərin icrası ilə bağlı praktiki təkliflər irəli sürülüb.

İclasda həmçinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin ölkələrin işgüzar münasibətlərinin intensivləşdirilməsinə dair fikirləri dinlənilib.

Sonda Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Çin Ticarət Nazirliyi arasında investisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun ilk iclasının Protokolu imzalanıb.

Əvvəlki Yazı

Lənkəranın Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı təsdiq edilib

Növbəti Yazı

Fərid Şəfiyev: Zəngəzur dəhlizi bir çox ölkələrin ticarət əlaqələrinə mühüm töhfə verəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.