May 31, 2026-19:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Pərviz Şahbazov: “İndiyə qədər SOCAR Gürcüstana 2 milyard dollardan çox investisiya yatırıb” – YENİLƏNİB

2025:11:14 - 10:59
in İQTİSADİYYAT
A A
İndiyə qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Gürcüstana 2 milyard ABŞ dollarından çox investisiya yatırılıb.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Tbilisidə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi” layihəsi üzrə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovun Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və qarşılıqlı etimadın uzunmüddətli tərəfdaşlığın əsasını təşkil etdiyi və hər iki ölkə liderlərinin münasibətlərinin birgə layihələrin uğurla icrasına və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına zəmin yaratdığı vurğulanıb. Çoxşaxəli ikitərəfli enerji əməkdaşlığının Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas sütunlarından olduğu və ölkəmizin Gürcüstanın enerji ilə təchizatında bir nömrəli tərəfdaşı olaraq qaldığı qeyd edilib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənub Qaz Dəhlizi layihələri, karbohidrogen və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq enerji əlaqələrinin töhfələri kimi dəyərləndirilib.

Görüş zamanı qaz və elektrik enerjisinin tədarükü, tranziti, SOCAR-ın Gürcüstanda fəaliyyətini genişləndirməsindən irəli gələn məsələlər, habelə planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Enerji tərəfdaşlığının yeni layihələrlə möhkəmləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu bildirilib. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Azərbaycan, Gürcüstan və Avropa arasında yeni enerji əlaqəsi kimi strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Qara dəniz sualtı kabel layihəsi” və “Yaşıl Enerji Dəhlizi” paralel inkişaf etdirilir və hər iki layihə arasında koordinasiyanın gücləndirilməsi iştirakçı dövlətlər və şirkətlər arasında əməkdaşlığı artırmaqla icra prosesinin effektivliyini təmin etməyə, hər iki layihənin Avropa İttifaqı və maliyyə institutlarından maksimum dəstək qazanmasına imkan yarada bilər. Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əlaqəsini və ticarətini genişləndirməyə xidmət edən interkonnektorun da texniki-iqtisadi əsaslandırma tədqiqatının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun icarəyə verilməsi üçün iki variantı müzakirə edir

Növbəti Yazı

ASCO-nun gəmisi Avstraliyadan ABŞ-yə 24 min tondan çox polad yük daşıyacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.