May 31, 2026-20:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir

2025:11:14 - 14:00
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vanq Haoqiang noyabrın 14-15-də Pekin şəhərində keçirilən Ümumdünya Çin Dili Konqresində iştirak edirlər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Pekin Milli Konqres Mərkəzində tədbirin açılış mərasimi keçirilib. Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Çinin Baş nazirinin müavini Dong Xuexiang, təhsil naziri Huai Jinpeng çıxış edərək, Çin və dünya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədilə Çin dilində beynəlxalq təhsilin təşviqinə hərtərəfli dəstəyin davam etdiriləcəyini bildiriblər.

Tədbirdə dünyanın Çin dili tədris olunan ölkələrindən nazirlər, ali məktəb rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Konqresdə beynəlxalq təhsil əlaqələrinin intensivləşdirilməsi, Çin dilinin tədrisində qabaqcıl təcrübənin öyrənilməsi, birgə innovativ proqramların işlənib hazırlanması kimi məsələlər müzakirə olunur.

BDU-da Çin dilinin tədrisinə, Çin universitetləri ilə əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. BDU-da 2004-cü ildən Çin üzrə regionşünaslıq ixtisası açılıb. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Yarışın qalibi Çində ölkəmizi təmsil etmək fürsəti əldə edir. 2022-ci ildən isə Şərqşünaslıq fakültəsində Çin filologiyası ixtisası açılıb. 2023-cü il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb.

Əvvəlki Yazı

Şərqşünas-alim Yevgeniy Paxomovun 145 illiyi ilə əlaqədar elmi seminar keçirilib

Növbəti Yazı

İsmayıl Hacıyev: Prezidentin AMEA-dakı çıxışı elmin inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərini özündə birləşdirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.