İyun 13, 2026-17:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” mövzusunda müzakirə keçirilib

2025:11:27 - 12:16
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin təşkilatçılığı ilə “Məzunla görüş” layihəsi çərçivəsində “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirin məqsədi universitet-məzun əlaqələrini gücləndirmək, uğurlu məzunların təcrübəsini tələbələrlə bölüşmək və onların peşəkar inkişafına dəstək göstərmək olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, panelə Mərkəzin məzunlarla birgə layihələr üzrə məsləhətçisi Mələkxanım Qurbanova moderatorluq edib. Çıxışçılar arasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva, Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri Əli Mahmudov, Dövlət Sosial Müdafiə Fondunun İnsan resursları şöbəsinin müdiri Telli Rəfiyeva-Xəlilova yer alıb.

Karyera və məzunlarla iş mərkəzinin direktoru Qəşəm Məmmədov bildirib ki, “Məzunla görüş” layihəsi BDU tələbələrinin karyera hazırlığına dəstək göstərən davamlı əməkdaşlıq modelidir. Mərkəz uğurlu məzunların təcrübəsini tələbələrə çatdırmağı prioritet hesab edir.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva çıxışında əmək münasibətlərində qlobal dəyişikliklərdən, işəgötürənlərin tələblərinin artmasından və yumşaq bacarıqların əhəmiyyətindən danışıb. O qeyd edib ki, şəbəkələşmə və davamlı özünəinvestisiya karyera inkişafının əsas şərtlərindəndir.

Milli Observatoriyanın Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri Əli Mahmudov şəxsi inkişafın, peşə seçiminin və praktiki bacarıqların önəmini vurğulayıb. O bildirib ki, əmək bazarı daha rəqabətli və dinamikdir, işəgötürənlər həm texniki, həm də sosial bacarıqları yüksək olan gənclərə üstünlük verirlər.

Dövlət Sosial Müdafiə Fondunun İnsan resursları şöbəsinin müdiri Telli Rəfiyeva-Xəlilova çıxışında uğurlu karyera üçün planlı inkişaf, nizam-intizam, dəstək almağa açıq olmaq və şəbəkələşmənin rolunu xüsusi qeyd edib. O bildirib ki, böyük məqsədləri kiçik addımlarla həyata keçirmək həm prosesi idarəolunan edir, həm də motivasiya yaradır.

Panel müzakirəsi zamanı Azərbaycan əmək bazarındakı mövcud dəyişikliklər, rəqəmsallaşmanın yaratdığı yeni peşələr, yumşaq bacarıqların aktuallığı və gələcək trendlər barədə fikir mübadiləsi aparılıb.

Tələbələr spikerlərə suallar ünvanlayaraq detallı cavablar alıblar.

Əvvəlki Yazı

Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

Növbəti Yazı

Sahil Babayev: “Azərbaycan İordaniyanın sülh və sabitlik naminə prinsipial mövqeyini qiymətləndirir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.