Avqust 17, 2026-7:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Deputat: Mirzə Qədim İrəvani Azərbaycan rəssamlıq məktəbinin ən qədim və dəyərli nümunələrini yaradıb

2025:12:05 - 11:44
in MƏDƏNİYYƏT
A A

Mirzə Qədim İrəvani Azərbaycan rəssamlıq məktəbinin ən qədim və dəyərli nümunələrini yaradan sənətkarlardandır. O, İrəvanın təbii-tarixi mühitini əsərlərində əbədiləşdirərək bugünkü gənc nəslə dəyərli irs qoyub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Mirzə Qədim İrəvaninin doğulub yaşadığı mühit – ilk növbədə İrəvan mühitidir. Onun sözlərinə görə, rəssam İrəvan xan saraylarının möhtəşəmliyini, şəhərdəki məscidləri, minarələri, məqbərələri, körpüləri və yolları görərək həmin mənzərələrdən ilham alıb. Məhz buna görə də o, yaradıcılığa ornamental rəssam kimi başlayıb, qalalar və məscidlərin üzərindəki ornamentləri çəkərək əsərlərinə köçürüb.

“Hər zaman miniatür sənətinə xüsusi maraq göstərən Mirzə Qədim İrəvani xalçalarımızda rast gəlinən miniatür motivlərini öz əsərlərində təsvir edib. Həmçinin Qərb rəssamlıq ənənələri ilə tanış olduqdan sonra realizm və portret janrını mənimsəyərək çox dəyərli əsərlər yaradıb. Bu əsərlər arasında Fətəli şah Qacarın portreti, Mahmud xanın portreti, İrəvan xanı Hüseynqulu xan Qacarın portreti, eləcə də Azərbaycan dövlətçilik və hərb tarixində mühüm yeri olan Qacar şahzadəsi Abbas Mirzənin bir neçə portreti yer alır”, – deyə Hikmət Babaoğlu vurğulayıb.

Əvvəlki Yazı

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib

Növbəti Yazı

Fərhad Xəlilov: Mirzə Qədim İrəvani Azərbaycan mədəniyyətinin ən parlaq simvollarından biridir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.