May 2, 2026-11:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Qambiya arasında siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır

2026:02:23 - 17:11
in SİYASƏT
A A
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı baş tutub.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Ötən ilin sentyabr ayında imzalanmış “Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin qarşıdan gələn sədrliyi, eləcə də bu çərçivədə keçiriləcək mötəbər tədbirlərə hazırlıq planları ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, ölkəmizdə bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə qarşı tərəfə məlumat verilib.

Telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

“AzərEnerji” və İRİA data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyəti razılaşdırıblar

Növbəti Yazı

Ötən il ən çox dənli və dənli paxlalı bitki istehsalı Qarabağda olub – 8,92% artım

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.