Avqust 18, 2026-8:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Cəlilabadda Novruz ab-havası 

2026:03:19 - 16:40
in MƏDƏNİYYƏT
A A

Novruz bayramı ölkəmizin hər yerində olduğu kimi, bölgələrdə də xüsusi təntənə və qədim el adət-ənənələri ilə qarşılanır. Bu münasibətlə Cəlilabadda təşkil olunan ümumrayon şənliyi baharın gəlişini əsl xalq bayramına çevirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri çərçivəsində Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkarların məhsullarından ibarət geniş sərgi-yarmarka təşkil olunub. Rayonun münbit torpaqlarında yetişdirilən kənd təsərrüfatı məhsulları, yerli istehsal olan qidalar və əl işləri qonaqların böyük marağına səbəb olub. Bu təqdimatlar bölgənin həm iqtisadi potensialını, həm də zəhmətkeş insanlarının bacarığını nümayiş etdirib.

Tədbirin ən rəmzi məqamı isə bayram tonqalının alovlandırılması olub. Odun ətrafına toplaşan sakinlər baharın istisini və ruzi-bərəkətini müjdələyən bu qədim ənənəni böyük sevinclə qarşılayıblar. Daha sonra iştirakçılar üçün hazırlanan zəngin və rəngarəng konsert proqramı bayram coşqusunu daha da artırıb.

Şənlik zamanı qədim milli oyunlarımız təqdim edilib, ustad sənətkarların ifasında milli musiqilər səsləndirilib və xalq rəqsləri nümayiş olunub. Xüsusilə idmançıların çıxışları və folklor qruplarının təqdim etdiyi qədim el nəğmələri tədbirə xüsusi rəng qatıb. Gənclərin hazırladıqları yaradıcı kompozisiyalar və Novruzun personajları olan Kosa ilə Keçəlin məzəli deyişmələri həm böyüklərin, həm də uşaqların üzündə xoş təbəssüm yaradıb.

Bu bayram şənliyi Cəlilabad sakinlərinin birliyini, milli-mənəvi dəyərlərə sadiqliyini və baharın gəlişi ilə doğan yeni ümidləri bir daha təcəssüm etdirib.

Əvvəlki Yazı

Ağdamda “Tarixin yaddaşı, ilmələrin dili” adlı sərgi açılıb

Növbəti Yazı

Qubada ağır cinayət: İki nəfərin meyiti tapıldı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.