Aprel 30, 2026-8:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakı Dövlət Universitetində “5 Days Urban Weeks” layihəsinə başlanılıb

2026:04:08 - 14:18
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə “5 Days Urban Weeks” layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Universitetin humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, BDU TGT tərəfindən həyata keçirilən “5 Days Urban Weeks” layihəsi tələbələrin şəhərsalma məsələlərinə və müasir yanaşmalara marağının artırılması baxımından əhəmiyyət daşıyır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində BDU-da müxtəlif maarifləndirici tədbirlər, seminarlar və müzakirələr təşkil olunur. Bu layihə həmin fəaliyyətlərin uğurlu davamı kimi çıxış edir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının proqram meneceri Bəxtiyar Quluzadə bu layihənin təsadüfi təşəbbüs deyil, ölkədə son dövrlər dayanıqlı və təhlükəsiz şəhərsalma kimi mühüm istiqamətlərə artan diqqətin bir hissəsi olduğunu qeyd edib. Xüsusilə Bakının bu il Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF-13) ev sahibliyi etməsi bu sahəyə marağı daha da artırıb.

BDU TGT-nin sədri Harun Mehdiyev “5 Days Urban Weeks” layihəsinin əsas məqsədinin tələbələrdə şəhərsalma və urban mühitə dair maarifləndirməni artırmaq, onların bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməyə xidmət etdiyini deyib. Qeyd edib ki, layihə çərçivəsində keçiriləcək tədbirlər iştirakçılara müasir şəhər yanaşmaları, dayanıqlı inkişaf prinsipləri və innovativ urban həllər barədə geniş məlumat əldə etmək imkanı yaradacaq. Bu təşəbbüs BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planına uyğun olaraq həyata keçirilir və tələbələrin bu istiqamətdə fəal iştirakını təmin etməyə hədəflənib. Layihə həm nəzəri biliklərin artırılmasına, həm də praktik müzakirələrin təşviqinə şərait yaradaraq gənclərin gələcək peşəkar inkişafına töhfə verəcək.

Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı və Bioekologiya kafedralarının baş müəllimləri Qismət Xanbabayev və Günel Sarıyeva düzgün şəhərsalma yanaşmalarının dayanıqlı inkişafın təmin olunmasında, ekoloji tarazlığın qorunmasında və urban məkanların funksionallığının artırılmasında mühüm rol oynadığını bildirərək, layihənin əhəmiyyətli olduğuna toxunublar.

Sonra şəhərsalma ilə bağlı videoçarx nümayiş etdirilib.

Əvvəlki Yazı

“Yüksəliş” beynəlxalq kontekstdə: oxşar proqramlar fonunda milli modelin üstünlükləri

Növbəti Yazı

Vance: Ukrayna danışıqları “bir neçə kvadrat kilometr” ətrafında gedir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.