Aprel 23, 2026-9:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Azərpoçt” “PostEurop”la əməkdaşlığı gücləndirmək istəyir

2026:04:15 - 16:02
in İQTİSADİYYAT
A A

“Azərpoçt” MMC və “PostEurop” (Avropa Poçt Təşkilatı) ölkələrarası məktub, poçt kartı və marka mübadiləsinin artırılmasını müzakirə edir.

“Report” xəbər verir ki, bunu “Azərpoçt”un Marka şöbəsinin müdiri Sitarə Hüseynova bildirib.

“Bu gün Azərbaycana “PostEurop”un iki nümayəndəsi gəlib, “Marka və Filateliya” işçi qrupudur, hazırda Bakıda beynəlxalq səviyyədə görüşlər keçirir. Biz birlikdə Avropanın 70 illik poçt markalarının söndürülməsini (tədavüldən çıxarılmasını) qeyd edəcəyik. Düşünürəm ki, bu, ölkələrarası məktub, poçt kartı və marka mübadiləsini artırmaq üçün də çox yaxşı fürsətdir.

Bizim əsas məqsədimiz Azərbaycada cavan filatelistləri kəşf etməkdir. Bunun üçün biz məktəblilərlə görüşlər planlaşdırırıq. Məsələn, 12 yaşlı bir qız var – Gülşən Rəhimli – onun atası da filatelist olduğu üçün uşaq bundan ilhamlanıb və kolleksiyaçı kimi fəaliyyətə başlayıb. ​Biz uşaqlar arasında markalar barədə nə qədər çox məlumatı yaysaq, onlarda bu sahəyə daha çox maraq oyada bilərik. Rəqəmsal dünyada markalara, əlbəttə ki, maraq ildən-ilə ölür və biz də çalışırıq ki, öz sahəmizi aktual olaraq qoruyub saxlayaq”, – deyə o qeyd edib.

“PostEurop”un nümayəndəsi Mayra Lodi isə deyir ki, Azərbaycanla birgə dizayn edilmiş poçt markalarının möhürlənməsi həyata keçirilib: “Bizim bu dizaynda 50-dən çox markamız olacaq, lakin onların hər birinin görünüşü fərqlidir, çünki hamısının üzərində bir ölkənin adı qeyd olunur. “PostEurope” üzvlərindən ümumilikdə 16 müraciət daxil olmuşdu və onlar səs verərək bu vizualı qalib seçdilər. İkinci və üçüncü yerlərimiz də var idi. Müsabiqə üçün marka təqdim edən ölkələr iki marka buraxa bilərlər: həm bu birgə dizaynı, həm də öz şəxsi dizaynlarını. Çünki hər kəs 70-ci ildönümünü qeyd etmək istəyir”.

Bundan başqa, onun sözlərinə görə, bu ilin oktyabr ayında Bakıda “PostEurop”un Baş Assambleyası keçiriləcək: “Bütün “PostEurope” üzvləri bura gələcək və biz 70 illik yubiley münasibətilə bütün ölkələrin buraxdığı markalardan ibarət sərgi təşkil edəcəyik. Avropa poçt operatorlarının nələr etdiyini görə biləcəksiniz”.

Əvvəlki Yazı

BP ilə gələn il istismara veriləcək günəş elektrik stansiyası müzakirə edildi

Növbəti Yazı

Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.