“Paytaxtın Bakıda köçürülməsi məqsədə uyğun deyil”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən konfransda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O qeyd edib ki, bunun əvəzinə bölgələrdə daha effektiv işlər görülə bilər: “Azad edilmiş ərazilərdə eyni zamanda iqtisadi rayonlaşma ilə bağlı vacib addımların atılması daha məqsədə uyğundur”.
