Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Grovv Audit And Consulting” QSC-dir.
Qalib şirkətə 9 440 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub. Şirkətə 5 800 manat ödənilib.
