İyul 11, 2026-3:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

WUF13-də Azərbaycanın təqdim etdiyi şəhərsalma modeli beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır

2026:05:20 - 16:42
in GÜNDƏM
A A

Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində səsləndirdiyi fikirlər müasir şəhərsalma siyasəti, dayanıqlı inkişaf, postmünaqişə dövründə yenidənqurma və “Ağıllı şəhər” konsepsiyalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələrinə xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı qeyd etdi ki, uzun illər ərzində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması prosesi yalnız infrastrukturun bərpası deyil, eyni zamanda, müasir urbanizasiya prinsiplərinə uyğun yeni yaşayış modelinin formalaşdırılması deməkdir. Bu yanaşma çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi prioritet istiqamətlərdən biri kimi təqdim olunur.

“WUF13 çərçivəsində Azərbaycanın təqdim etdiyi şəhərsalma modeli beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə “sıfırdan şəhər quruculuğu” konsepsiyasının tətbiqi, yeni nəqliyyat infrastrukturu, hava limanları, yaşayış kompleksləri və sosial obyektlərin inşası Azərbaycanın regionda həyata keçirdiyi ən iri yenidənqurma proqramlarından biri kimi qiymətləndirilir.

WUF13, həmçinin dövlətlər arasında urbanizasiya siyasəti sahəsində təcrübə mübadiləsinin aparılması, davamlı şəhər idarəçiliyi mexanizmlərinin müzakirəsi və iqlim dəyişikliklərinin şəhərlərə təsirinin qiymətləndirilməsi baxımından mühüm platformadır”,- deyə politoloq əlavə edib.

Əvvəlki Yazı

İİKK: 24 saat ərzində Hörmüz boğazından 26 gəmi keçib

Növbəti Yazı

Minsk Avropa Komissiyasının rəhbərinə öz problemlərinə diqqət yetirməyi və Kiyevi təhrik etməməyi məsləhət gördü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.