İyun 28, 2026-1:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Deputat: Bəzi tədris platformalarında ailə dəyərlərinə zidd materiallar uşaqlara yönləndirilir

2026:06:09 - 10:49
in SOSİAL
A A

Dil öyrənmək üçün nəzərdə tutulmuş bəzi platformaların məzmununda uşaqlar üçün təhlükəli suallar və materiallar mövcuddur.

“Report” xəbər verir ki, bunu deputat Azər Allahverənov Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qəribə və yönləndirici suallar vasitəsilə guya ingilis dili tədris edilir, lakin əxlaqa və ailə dəyərlərinə zidd məzmunlu tapşırıqlar uşaqlara yönləndirilir:

“Bu səbəbdən, ilk mərhələdə qanunvericilik bazası gücləndirilməli, ikinci mərhələdə icra mexanizmləri təkmilləşdirilməli, daha sonra isə maarifləndirmə məsələləri həll olunmalıdır”.

Deputat qeyd edib ki, uşaqlarda yaranan aqressiv davranışların bir hissəsi də məhz bu sosial platformaların təsiri ilə bağlıdır:

“Kibercinayətkar qruplar “Mavi balina” kimi oyunlar vasitəsilə uşaqları öz təsir dairəsinə cəlb etməyə çalışırlar. Bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Uşaqlardan kriminal məqsədlər üçün istifadə etməyə çalışan şirkət və qruplar da var. Məlumatların oğurlanması, bank hesablarına çıxışın əldə edilməsi, uşaqların telefonları vasitəsilə bank kartlarına müdaxilə kimi hallar müşahidə olunur. Bu hallar artıq kifayət qədər ciddi həddə çatıb”.

Azər Allahverənov ümumilikdə həm rəqəmsal savadlılığın artırılmasına, həm də müəyyən məhdudiyyətlərin tətbiqinə ciddi ehtiyac olduğunu bildirib.

Əvvəlki Yazı

Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbəri barəsində hökm dəyişdirilib

Növbəti Yazı

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.