İyun 16, 2026-22:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı – elmi seminar

2026:06:16 - 15:45
in SOSİAL
A A

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələsi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Rəqəmsal arxivləşdirmə, mədəniyyət irsinin tədqiqi və mənbəşünaslıq şöbəsinin baş elmi işçisi filologiya üzrə elmlər doktoru, professor Aida Qasımova “Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı: irfani-dünyəvi yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.

Aida Qasımova bildirib ki, müsəlman dünyasında hər dövrdə katiblik sənəti uca tutulub, yazı, kitabların üzünün köçürülməsi və tərtibatı mürəkkəb bir peşə kimi çeşidli fəaliyyəti əhatə edib. Katib, nasix, nəssax, varraq, nəqqaş, xəttat, mühərrir kimi ifadələr mənbələrdə bu sənətlə bağlı işlənir. Katibin əxlaqi məziyyətləri, öz sənətinə bağlılığı mühüm sayılırdı.

Məruzəçi mövzunu dini-irfani istiqamətdə də şərh edərək bildirib ki, müqəddəs Qurani-Kərim katiblik sənətinə işarə edərək həm dünyəvi, real katiblərdən, həm də insan əməllərini yazıb qeydə alan katib mələklərdən bəhs edir.

Bundan başqa, vurğulanıb ki, klassik poeziyada həm katiblik, həm də yazı ləvazimatı ilə bağlı çoxsaylı poetik səhnələr yaradılıb. Böyük ustad Məhəmməd Füzulinin “Yazmışlar” rədifli qəzəli buna parlaq nümunədir.

Elmi seminar məşğələsində muzey əməkdaşlarının sual və çıxışları da səsləndirilib.

Muzeyin Rəqəmsallaşdırma, əlyazmaların tədqiqi və nəşr resursları şöbəsinin müdiri Gülnar Əqiq, Virtual təqdimatlar, məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi Nəcibə Bağırzadə, Doktorantura, elmi inkişaf və süni intellekt inteqrasiyası şöbəsinin müdiri Cəmilə Dəmirova, elmi işçilər Rəhilə Sadıqova, Munisə İsmayılova və digərləri mövzu ətrafında müzakirələr aparıblar.

Əvvəlki Yazı

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

Növbəti Yazı

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.