İyun 18, 2026-22:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Doqquzillik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başlayır

2026:06:18 - 17:04
in MƏDƏNİYYƏT
A A

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlayıb. Abituriyentlər DİM-in müvafiq saytına daxil olub qeydiyyatdan keçə bilərlər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, eləcə də musiqi sənəti istiqamətlərində komissiyalar üzrə aparılan qeydiyyat prosesi iyunun 18-dən 29-dək davam edəcək.

Ümumi orta təhsil bazasında XQTİ üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız bir istiqamət üzrə qeydiyyatdan keçə bilərlər.

Bu imtahanlarda iştirak etmək üçün qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) ümumi balı 50 və daha yüksək olan abituriyentlər qeydiyyat hüququ əldə edirlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Abituriyentlərin “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər barədə məlumat DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək. Buraxılış vərəqəsində imtahanın tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə məlumatlar 2026-cı ildə nəşr edilən “Abituriyent” jurnalının xüsusi buraxılışlarında əksini tapıb. Nəşrdə bakalavriat və magistratura səviyyələri ilə yanaşı, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri barədə ətraflı məlumatlar, imtahan proqramları, qiymətləndirmə meyarları, hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri və əyani materiallar yer alıb.

Əvvəlki Yazı

Hegseth NATO müdafiə nazirlərinin görüşünü tərk etdi

Növbəti Yazı

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.