İyun 25, 2026-11:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Şuşada TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçiriləcək

2026:06:24 - 12:13
in Din və fəlsəfə
A A

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçiriləcək.

Bu barədə Teleqraf-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Ortaq tarixə, milli-mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüş çərçivəsində bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.

Görüşün əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumlarının əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs iştirakçı dövlətlər arasında müvafiq sahə üzrə koordinasiyanın gücləndirilməsinə, həmçinin işçi platformasının formalaşdırılmasına xidmət edir.

Həmçinin toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları əks etdirən Kommünikenin imzalanması gözlənilir.

Əvvəlki Yazı

Fariz İsmayılzadə: Azərbaycan orta güc modelinin uğurlu nümunəsidir

Növbəti Yazı

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılışı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.