İyul 9, 2026-18:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin dövlətçilik tariximizdə qoyduğu iz əsrlər sonra da xatırlanacaq

2026:07:08 - 10:35
in SİYASƏT
A A

Dünyanın harasında yaşamasından, hansı millətə mənsub olmasından asılı olmayaraq, insanlar müharibə istəmirlər. Müharibə qan, itki və çətinlik deməkdir. İnsanlar iqtisadi və sosial çətinliklərə müəyyən qədər dözsələr də, müharibənin yaratdığı itkilərlə barışmaq mümkün deyil. Müharibə şəraitində yaşamaq bir ölkə üçün çox çətindir. Çünki bu, övlad, ər, ata itkisi deməkdir və belə itkilər qaçılmaz olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Sosioloq bildirib ki, Azərbaycan torpaq problemini uzun illər sülh yolu ilə həll etməyə çalışıb: “Azərbaycan bu itkilərdən yayınmaq üçün 30 il ərzində ən böyük problemini – torpaq məsələsini danışıqlar yolu ilə həll etməyə çalışdı. Liderimiz bütün gücünü səfərbər etdi ki, qan tökülmədən, şəhid verilmədən ərazi bütövlüyü təmin olunsun. Lakin müharibə artıq qaçılmaz idi və biz torpaqlarımızı geri qaytara bildik”.

Lalə Mehralı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutması, milli maraqları qətiyyətlə və prinsipial şəkildə müdafiə etməsi ölkənin ən mühüm uğurlarının əsasını təşkil edib. Onun sözlərinə görə, bunun ən parlaq nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasıdır.

Sosioloq vurğulayıb ki, son sorğuların nəticələri də cəmiyyətdə dövlət başçısına yüksək etimadın olduğunu göstərir. Belə ki, Prezident İlham Əliyevə etimad səviyyəsi 87,7 faiz təşkil edir, respondentlərin 93,6 faizi onun fəaliyyətini müsbət qiymətləndirir, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab edir.

Lalə Mehralı bildirib ki, Azərbaycan xalqında formalaşan vətənpərvərlik ruhu dünyada nadir nümunələrdəndir: “Mən əminliklə deyə bilərəm ki, heç bir ölkədə öz torpağı uğrunda canından keçməyə hazır olan bu qədər güclü vətənpərvərlik ruhu formalaşmayıb. Bu ruhu qorumaq da hər ölkə liderinə və hər xalqa nəsib olmur”.

Sosioloqun fikrincə, Prezident İlham Əliyevin həm xalqımızın, həm də dövlətçilik tariximizdə qoyduğu iz gələcək nəsillər tərəfindən də xatırlanacaq: “Hesab edirəm ki, Prezident İlham Əliyevin xalqımızın və dövlətçilik tariximizin yaddaşında qoyduğu iz, atdığı imza əsrlər sonra da xatırlanacaq. Çünki böyük bir münaqişəni qısa müddətdə həll edən lider, şübhəsiz ki, tarixdə qalacaq”.

Əvvəlki Yazı

Azərbaycan və Türkmənistan enerji əməkdaşlığını müzakirə edib

Növbəti Yazı

Birinci Türkoloji Qurultayın 100 illiyi və vahid türk hüququnun formalaşması perspektivləri

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.