İyul 15, 2026-15:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sahibkarlar biznesə dövlət dəstəyinin yeni mexanizmləri barədə məlumatlandırılıblar

2026:07:14 - 13:00
in İQTİSADİYYAT
A A

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir.

Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə özəl sektorun inkişafı prioritet istiqamətlərdəndir və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft-qaz sektorunun inkişafı, istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Regionların, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonunun mövcud potensialından daha səmərəli istifadə olunması, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı və ixracyönümlü istehsalın genişləndirilməsi iqtisadi inkişafa mühüm töhfə verə bilər. Mövcud iqtisadi potensialın reallaşdırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir və sahibkarlara yeni dəstək alətləri təqdim olunur. Sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən fəal yararlanmağa və yeni layihələr üzrə təşəbbüslər irəli sürməyə dəvət edilib.

Həmçinin görüşdə biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi mövzusunda təqdimat keçirilib. Məlumat verilib ki, 10 il müddətinə azərbaycanmənşəli qeyri-neft-qaz mallarının xarici bazarlara ixracı zamanı yaranan daşıma xərclərinin 50-70 faizi dövlət tərəfindən qarşılanacaq. Gömrük rəsmiləşdirmə xərclərinin kompensasiyası mexanizminin tətbiqi nəticəsində isə mikro, kiçik və orta ixracatçıların ödədiyi gömrük rəsmiləşdirməsinə görə dövlət büdcəsindən kompensasiya ödəniləcək, bununla ixracın maya dəyəri aşağı düşəcək. Bu dəstək mexanizminin tətbiqi 5 il müddətinə nəzərdə tutulub.

Kreditlərə təminat və faiz subsidiyası mexanizminin tətbiqi ilə manatla kredit götürən sahibkara dövlət zəmanəti verilir, həmçinin kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Bu mexanizm 2030-cu ilədək Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər bütün ərazilərində tətbiq ediləcək. 2027-2030-cu illəri əhatə edəcək elektrik şəbəkəsinə qoşulma subsidiyasının tətbiqi ilə yeni sənaye və kənd təsərrüfatı obyektləri şəbəkəyə qoşularkən ödədikləri qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq. Strateji investisiya layihələrinin icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən iri layihələr sürətləndirilmiş qaydada, vahid pəncərə prinsipi ilə icra olunacaq ki, bu da icra müddətini təxminən 30-40 faiz qısaldacaq.

Görüşdə sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev regionun inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən sahibkarlara mühüm dəstək göstərildiyini vurğulayıb, bu baxımdan yeni mexanizmlərin və belə görüşlərin önəmini qeyd edib.

Əvvəlki Yazı

 “AzInTelecom” nümayəndələri İsmayıllıda həssas qrupdan olan uşaqlarla görüşdü

Növbəti Yazı

Turizm və Menecment Universitetində 12 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.