16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Fərəh Əliyeva: “Yüksəliş” uğurlu insanların müsabiqəsidir

“Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, uğurlu insanların müsabiqəsidir.

Teleqraf xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva altıncı “Yüksəliş” müsabiqənin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, burada artıq həyatda uğur qazanmış, biliyi və bacarığı ilə öz həyat yolunu, karyerasını qurmuş, öz səviyyəsində olan digər uğurlu insanlarla yarışan şəxsiyyətlər bir araya gəlirlər:

“Müsabiqədə bilikli, bacarıqlı, öz peşəsinin peşəkarı olan, amma bununla yanaşı, dövlətçiliyə sadiq, sağlam mənəvi dəyərlərə söykənən, məsuliyyət hissi yüksək olan insanların qalib gəlməsini istəyirik. Elə insanlar ki, məsuliyyəti yalnız özünə, ailəsinə və işinə qarşı deyil, həm də dövlətinə, xalqına və millətinə qarşı daşıyırlar”.