İyul 25, 2026-22:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Peşəkar jurnalistikanın inkişafı dövlət-media əməkdaşlığının əsas prioritetləri sırasındadır

2026:07:21 - 14:20
in GÜNDƏM
A A

Hər bir xalqın tarixində onun milli kimliyinin formalaşmasına, mənəvi dəyərlərinin qorunmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edən fundamental institutlar var. Bu institutlar arasında mətbuat xüsusi yer tutur. Çünki mətbuat sadəcə xəbərləri cəmiyyətə çatdıran informasiya vasitəsi deyil. O, xalqın düşüncə tarixini yazan salnaməçi, ictimai rəyin formalaşdırıcısı, milli ideyaların daşıyıcısı, dövlətlə vətəndaş arasında etibarlı körpü və cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm ictimai institutdur. Məhz buna görə də dünyanın inkişaf etmiş ölkələrində media cəmiyyətin strateji resurslarından biri hesab olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, XXI əsrdə informasiya artıq iqtisadi, siyasi və hərbi resurslarla yanaşı, dövlətlərin qüdrətini müəyyən edən əsas amillərdən birinə çevrilib. İnformasiya müharibələrinin, saxta xəbərlərin, dezinformasiyanın və rəqəmsal manipulyasiyaların geniş vüsət aldığı müasir dövrdə peşəkar media təkcə xəbərləri operativ çatdırmaq funksiyasını yerinə yetirmir.

S.Salmanova peşəkar medianın milli təhlükəsizliyin qorunmasında, ictimai sabitliyin təmin edilməsində, dövlət maraqlarının müdafiəsində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını bildirib: “Bu baxımdan güclü dövlət anlayışı artıq yalnız iqtisadi inkişaf və hərbi qüdrətlə deyil, həm də sağlam informasiya mühiti, peşəkar jurnalistika və cəmiyyətin etibar etdiyi media sistemi ilə ölçülür. Azərbaycan milli mətbuatı da yarandığı gündən bu ali missiyanı şərəflə yerinə yetirib. Milli mətbuatımız xalqımızın maariflənməsinə, milli şüurun formalaşmasına, ana dilimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, azadlıq ideyalarının yayılmasına və dövlətçilik təfəkkürünün möhkəmlənməsinə misilsiz töhfələr verib. Azərbaycanın ictimai-siyasi fikir tarixinin ən mühüm mərhələləri milli mətbuatın fəaliyyəti ilə sıx bağlı olub. 1875-ci il iyulun 22-də böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının şanlı tarixi başlanıb. Cəmi 56 nömrəsi işıq üzü görməsinə və iki ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərk hissinin güclənməsinə, ana dilinin inkişafına və müasir ictimai fikir mühitinin formalaşmasına mühüm təkan verdi”.

Deputat qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra müstəqilliyini əldə edən Azərbaycanda hökm sürən siyasi böhran, iqtisadi tənəzzül və xaos media sahəsinə də mənfi təsir göstərmişdi. Dövlət idarəçiliyinin zəifləməsi, hüquqi mexanizmlərin tam formalaşmaması və ictimai-siyasi qeyri-sabitlik mətbuatın inkişaf imkanlarını məhdudlaşdırırdı. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə sabitlik bərpa olundu və bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafı üçün də möhkəm təməl yaradıldı. Ulu Öndər Heydər Əliyev mətbuatı demokratik cəmiyyətin əsas sütunlarından biri hesab edir, söz və fikir azadlığının təmin edilməsini dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya cəmiyyətinin tələblərinə cavab verən genişmiqyaslı institusional və hüquqi islahatlar həyata keçirilib, media sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması bu sahədə həyata keçirilən islahatların mühüm mərhələsi oldu. Həmin il qəbul edilən “Media haqqında” Qanun isə milli media sisteminin müasir hüquqi çərçivəsini formalaşdırdı. Media Reyestrinin yaradılması, jurnalistlərin peşə fəaliyyətinin hüquqi əsaslarının dəqiqləşdirilməsi və media institutlarının müasir tələblərə uyğun fəaliyyətinin təşviqi bu islahatların mühüm nəticələrindəndir.

“Peşəkar jurnalistikanın inkişafı, etik prinsiplərin qorunması və obyektiv informasiya mühitinin formalaşdırılması dövlət-media əməkdaşlığının əsas prioritetləri sırasındadır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirdi. Jurnalistlər dövlətimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın dezinformasiya kampaniyasının ifşa edilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərdilər”, – deyə deputat qeyd edib.

O vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, “Böyük Qayıdış” Proqramının, Azərbaycanın beynəlxalq təşəbbüslərinin, regional əməkdaşlıq layihələrinin və ölkəmizin artan beynəlxalq nüfuzunun dünyaya çatdırılmasında milli medianın üzərinə bu gün mühüm məsuliyyət düşür. Belə ki, müasir dövrdə medianın əsas missiyası yalnız xəbər yaymaq deyil. Media cəmiyyətə düzgün istiqamət göstərən, milli maraqları qoruyan, dövlətçilik ideyalarını təbliğ edən, ictimai həmrəyliyi möhkəmləndirən və gələcək nəsillərin milli ruhda yetişməsinə töhfə verən mühüm ictimai institutdur. Bu baxımdan peşəkar jurnalistika hər zaman obyektivlik, qərəzsizlik, məsuliyyət və vətənpərvərlik prinsiplərinə söykənməlidir.

Əvvəlki Yazı

Yeni təmayül tədris modelinə qeydiyyat sentyabrın 1-dək uzadılıb

Növbəti Yazı

Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.