İyul 24, 2026-3:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezidentin Almaniyaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələsinin başlandığını deməyə əsas verir

2026:07:22 - 14:02
in SİYASƏT
A A

ABŞ ilə İran və Ukrayna ilə Rusiya arasındakı müharibələr Avropanın Azərbaycana ehtiyacını daha da artırıb. Hər iki müharibə Avropa İttifaqında (Aİ) ciddi enerji böhranı yaradıb ki, bu da “köhnə” qitə dövlətlərini alternativ yollar axtarmağa vadar edib. Azərbaycan hər zaman Avropa ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olub, bu istiqamətdə bir sıra əsaslı və beynəlxalq əhəmiyyət daşıyan layihələrə müəlliflik edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov deyib.

O bildirib ki, Almaniya Avropada böyükhəcmli iqtisadiyyata malik olan dövlətdir və onun iqtisadiyyatının enerjiyə böyük ehtiyacı yaranıb. Bu gün Avropanın, xüsusilə də Almaniyanın Azərbaycana ehtiyacı var. Enerji sahəsində əməkdaşlıq hər iki dövlətin milli maraqlarına cavab verir ki, bu, konstruktiv əməkdaşlıq üçün böyük zəmin yaradır. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə cari ilin ilk yarısında Avropaya təxminən 5,9 milyard kubmetr təbii qaz ixrac edib. İllik göstəricilərə nəzər saldıqda isə Azərbaycan Avropa bazarına hər il təxminən 13 milyard kubmetrədək qaz tədarük edir və ixracın həcmini artırmaq imkanına malikdir. Lakin bunun üçün əlavə sərmayə yatıraraq yeni interkonnektorların tikintisi zəruridir: “Bu məsələyə Prezident İlham Əliyev Almaniyaya rəsmi səfəri çərçivəsində Federal Kansler Fridrix Merts ilə görüşündə toxunub və qeyd edib ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”.

“Azərbaycanın Avropanın o cümlədən Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu böyükdür. Ötən il Azərbaycan ümumilikdə 25 milyard qaz ixrac edib ki, bunun da yarısı Avropa İttifaqı ölkələrinin payına düşüb. Almaniya şirkətləri ilə 10 illik müqavilə imzalanıb və ilkin olaraq illik qaz ixracının həcmi 1,5 milyard kubmetr olacaq. Göründüyü kimi, bu gün dünyada baş verən geosiyasi gərginlik Azərbaycan qazına və digər enerji resurslarına ehtiyacı daha da artırıb. Bunun üçün də Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri səmərəlidir ki, bu da təsadüfi xarakter daşımır. Azərbaycan 44 Günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb. Bu reallığın əsasında sülh, əmin-amanlıq və iqtisadi inkişaf dayanır. Azərbaycanın həyata keçirdiyi sülh siyasəti və yaratdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihələr, o cümlədən nəqliyyat dəhlizləri Avropa və onun aparıcı dövləti olan Almaniyanın nəzərindən qaçmır. Azərbaycan Prezidenti İlham Əliyevin daim sülhə və dünya iqtisadiyyatına inteqrasiya olunmaq cəhdləri müsbət qarşılanır. Almaniya dövləti aydın şəkildə regionda təhlükəsizliyin təmin olunduğunu izləyir və buna görə də Azərbaycan ilə iqtisadi-ticarət əlaqələrini genişləndirməyi düşünür. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində iki dövlət arasında əməkdaşlığa dair imzalanan sənədlər qarşılıqlı əlaqələrdə yeni mərhələnin başladığını deməyə əsas verir”, – deyə professor vurğulayıb.

Əvvəlki Yazı

Şəfəq Mehrəliyeva: Jurnalistika təhsilinə fəlsəfə fənləri qayıtmalıdır

Növbəti Yazı

Azərbaycanın Orta Dəhlizdə artan rolu Almaniya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.