Avqust 21, 2026-21:51
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

ADY-nin Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 7 ay ərzində 1861 çən vaqon yuyulub

ADY-nin Biləcəri yuyucu-buxarlayıcı stansiyası dəmir yollarının ekoloji məsuliyyətinin mühüm hissəsidir.

Teleqraf xəbər verir ki, bu barədə ADY-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, burada neft və neft məhsulları ilə çirklənmiş çən vaqonlar yuyulur, proses zamanı çirklənmiş su təmizlənərək yenidən istifadə olunur, tullantılar isə utilizasiya edilir – ətraf mühit və təbii resurslar qorunur.

Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2025-ci il ərzində 3374 çən vaqon, 2026-cı ilin ilk 7 ayında isə 1861 çən vaqon yuyulub.