Bu gün saat 12:00-14:00 aralığında 4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin 5 Pakistan və 4 Çin vətəndaşı İrandan təxliyə olunub.
“Report”un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
