ABŞ və İran arasında danışıqların nəticəsi yaxın 48 saat ərzində məlum ola bilər. Bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin Vaşinqton və Tehran arasında razılıq əldə olunacağı təqdirdə Hörmüz boğazının avqustun 5-də açıla biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirmək xahişlərinə cavab olaraq bildirib.
Tramp Los-Ancelesdən (Kaliforniya) yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirib ki, “Biz İranla danışıqlarda çox yaxşı irəliləyiş əldə edirik. Nəticələri 48 saat ərzində biləcəyik. Hörmüz boğazının açılması sabah və ya ondan bir gün sonra baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə edilib”. (Tass)
