Əlbəttə ki, burada söhbət ofis işlərinə gedir. Dünya statistikasına görə bu insanların 40 faizindən 80 faizinə qədərində ehtimal var ki, gələcəkdə ürək xəstəsi olsunlar. Onlar gün ərzində daha çox – 11-12 saat işləyirlərsə, faiz göstəricisi 70-dən az olmur. Xəstəliyin baş vermə ehtimalı öncə hərəkətsizliklə bağlıdır. Digər səbəb intellektual yüklə bağlı yaranan stresdir. Digər məqam qeyri-sağlam qidalanmadır (“fast food” yeməklər, qazlı, şirin energetik içkilər, şirniyyat, duzlu “steyklər” ). Sadalananların hamısı ürək xəstəliklərinin, arterial təzyiqin ehtimalını yaradır.
Dr. Cəmil Babayev