ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Suriyada prezident Bəşər Əsəd hökumətinin devrilməsinin arxasında Türkiyənin olduğunu bildirib.
O, bu bəyanatı Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında verib.
“Ancaq qarşı tərəfin [Suriyadakı yeni hökumətin] arxasında kimin dayandığını heç kim bilmir, amma mən bilirəm. Bu Türkiyədir. Bunun arxasında Türkiyə dayanır. O [Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan] çox ağıllı adamdır”, – Tramp deyib. (Tass)
