ABŞ prezidenti Donald Trampın administrasiyası iyunun 14-də Amerika paytaxtında hərbi parad keçirməyi planlaşdırır.Bu barədə “Hill” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrdə qeyd edildiyi kimi, tədbir Amerika quru qüvvələrinin 250 illiyinə və Trampın doğum gününə təsadüf edəcək. Onun iyunun 14-də 79 yaşı tamam olacaq.
Washington City Paper-in məlumatına görə, Pentaqondan Ağ Evə qədər parad iştirakçılarının sütununun 6 km-dən çox uzanacağı gözlənilir.
Tramp ABŞ prezidenti kimi ilk müddətində Vaşinqtonda genişmiqyaslı hərbi parad təşkil etmək niyyətində olduğunu bəyan edib. Səlahiyyətlilər, xüsusən, onun 2018-ci ilin noyabrında keçirilməsi imkanlarını müzakirə ediblər. Ehtimal edilirdi ki, 5-7 min hərbçi iştirak edə bilər. Hərbi texnika və aviasiyadan istifadə ediləcəyi gözlənilirdi. KİV-in hesablamalarına görə, xərc təxminən 92 milyon dollar olacaq.
Bununla belə, Tramp sonda tədbirin ləğv olunduğunu açıqlayıb. O, bunu onunla izah edib ki, paytaxt hakimiyyəti paradın təşkilindən maddi mənfəət əldə etmək fürsəti görüb və “absurd yüksək qiymət” qoyub. (Tass)
