Vladimir Zelenski 2024-cü ildə qalmaqalla işdən çıxarılan Ukraynanın keçmiş baş prokuroru Andriy Kostini Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) daimi nümayəndəsi və Hollandiyadakı səfiri təyin edib.
Zelenskinin saytında Kostinin təyinatı ilə bağlı iki fərman dərc olunub. Onun OPCW-də Daimi Nümayəndə təyin edilməsi haqqında sənəddə Kostinin “part-ştat” vəzifəsində olduğu bildirilir.
Kostin 2024-cü il oktyabrın 22-də region prokurorları və onların tabeliyində olan işçilər tərəfindən saxta əlillik arayışlarının kütləvi şəkildə verilməsi, səfərbərlikdən yayınmağa imkan verən qalmaqal fonunda Baş prokuror vəzifəsindən istefa verib. Oktyabrın 29-da Ali Rada onun işdən çıxarılmasına razılıq verib. ((Tass)
