ABŞ hakimiyyəti Rusiyanın “Garantex” kriptovalyuta birjasının rəhbərlərinin həbsinə səbəb olan məlumatlara görə 6 milyon dollar məbləğində mükafat təklif edib. Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
Orada qeyd olunur ki, Rusiya vətəndaşı Aleksandr Mir Serda haqqında məlumat üçün 5 milyon dollar, digər top-menecerlər haqqında məlumat üçün isə 1 milyon dollar mükafat təklif edilir.
Sənəddə iddia olunur ki, bazar kibercinayətkarlıq və narkotik ticarətindən əldə edilən qanunsuz gəlirlərin “yüz milyonlarla dollar” yuyulması üçün istifadə edilib. Dövlət Departamenti qeyd edib ki, 2019-cu ilin aprelindən 2025-ci ilin martına qədər Garantex təxminən 96 milyard dollar dəyərində kriptovalyuta əməliyyatları həyata keçirib.
Bundan əvvəl ABŞ Xəzinədarlığı Garantex ilə əlaqələrə görə üç rusiyalıya sanksiya tətbiq edib: Mira Serda ilə yanaşı, Pavel Karavatski və platformanın yaradıcısı Sergey Mendeleyevə də məhdudiyyətlər qoyulub. (Tass )
