Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu İsrailin təhlükəsizliyini və Qəzza zolağında qələbəsini təmin edəcək “beş əsas prinsip” adlandırıb.
“Bu beş prinsip İsrailin təhlükəsizliyini təmin edəcək və “qələbə” sözünün əsl mənası budur” deyən baş nazir, “[radikal Fələstin hərəkatı] HƏMAS-ın tam tərksilahı”, “bütün girovların qaytarılması”, “Qəzza zolağının tam silahsızlaşdırılması”, “İsrailin təhlükəsizlik üzərində nəzarəti, Qəzzada alternativ mülki ərazinin yaradılması,” anklavda idarəçilik nə HƏMAS, nə də Fələstin Milli Administrasiyası tərəfindən həyata keçirilməyəcək”.
Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, İsrail “bunun üzərində işləyir (beş prinsipin həyata keçirilməsi ), “bunu hamının başa düşməsinin vaxtı çatıb”. O, həmçinin qeyd edib ki, bir həftə əvvəl hökumət bu “müharibəyə son qoymaq üçün beş əsas prinsipi” təsdiqləyib. (Tass)
