Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammiti dünya düzənində yaranan dəyişikliyin Avropaya da təsir etdiyini nümayiş etdirdi. Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə qondarma “istəklilər koalisiyası”nın danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.
Prezident etiraf edib ki, Yaxın Şərq və Ukrayna kontekstində beynəlxalq vəziyyət “Fransa qarşısında yüksək tələblər qoyur” və bəyan edib ki, “dünya qeyri-sabitdir”. Makron ŞƏT sammitini xüsusi qeyd edib, onun sözlərinə görə, bu, “dünyanın yenidən strukturlaşmasının bir çox cəhətdən Avropa üçün vəziyyəti dəyişdirdiyini xatırladır”.
Avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçirilən ŞƏT-in sammitində 20-dən çox dövlətin lideri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Sammitin yekunları üzrə 15 yeni əməkdaşlıq sənədi imzalanıb. (Tass)
