Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina təbrik teleqramında iki ölkə arasında münasibətlərin zamanın sınağından çıxdığını bildirib. Mesajın məzmunu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Nəşrdə qeyd olunduğu kimi, Putin sentyabrın 9-da qarşıdan gələn Xalq Cümhuriyyətinin yaranmasının 77-ci ildönümü münasibətilə təbrik göndərib: “77 il bundan əvvəl ölkəmiz yeni Koreya dövlətini ilk tanıdı”, – KCNA Rusiya liderinin sözlərini sitat gətirir. O vaxtdan bəri Moskva ilə Pxenyan arasındakı münasibətlər zamanın sınağından şərəflə çıxdı”.
“Kursk vilayətinin işğalçılardan azad edilməsində birliklərinizin qəhrəmancasına iştirakı Rusiya-Koreya dostluğunun və qarşılıqlı yardımın parlaq simvoluna çevrilib”, – təbrikdə qeyd olunur. “Əminəm ki, biz birgə səylərlə dövlətlərimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini bundan sonra da möhkəmləndirəcəyik”, – deyə məlumatda bildirilir.
“Bu, dostluq münasibətlərində olan Rusiya və KXDR xalqlarının maraqlarına tam uyğundur, həmçinin Koreya yarımadasında və Şimal-Şərqi Asiyada təhlükəsizlik və sabitliyə töhfə verəcək”, – KCNA Rusiya prezidentinin sözlərindən sitat gətirir. Agentliyin qeyd etdiyi kimi, Putin teleqramda Kim Çen Inı “əziz dost” adlandırıb. (Tass)
