Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sui-qəsdin hazırlanmasında respublikanın əli olması ilə bağlı bəzi İsrail KİV-lərində yayılan xəbərləri təkzib edib.
“İsrailli nazirə qarşı sui-qəsdlə bağlı bəzi İsrail KİV-lərində yer alan xəbərlərdə ölkəmizin adının çəkilməsi Türkiyəyə qarşı dezinformasiya kampaniyasının nəticəsidir. Məlumdur ki, İsrail mətbuatının yeni kimi təqdim etdiyi bu hadisə əslində 8 ay əvvəl baş vermiş insidentə aiddir. Üstəlik, məhbusların Türkiyə ilə heç bir əlaqəsi olmadığı barədə dediklərini Qırmızı mərkəzin nümayəndəsi də təsdiqləyib”.
Administrasiya qeyd edib ki, bu cür xəbərləri yaymaqda əsas məqsəd “Türkiyə haqqında beynəlxalq ictimaiyyətdə qəsdən yanlış təsəvvür yaratmaq və bununla da onun Fələstinə qarşı siyasətini pozmaqdır”.
