Türkiyə və Ermənistan nümayəndələri 2026-cı ilin yayına qədər ölkələr arasında hava daşımalarının həcminin artırılması məsələsi üzərində işləmək barədə razılığa gəliblər.Bu barədə Türkiyə səfiri Serdar Kılıçla Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan arasında İrəvanda keçirilən görüşdən sonra Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xüsusi nümayəndələr maraqlı şirkətlərin 2026-cı ilin yayından başlayaraq müxtəlif istiqamətlərə uçuşlara başlaması və bununla da iki ölkə arasında aviaşirkətlərin və uçuşların sayının artırılması üçün lazımi səyləri göstərməyə razılaşıblar”, – deyə məlumatda bildirilir. Görüşdə həmçinin “mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi, xüsusən də ali təhsil müəssisələrinin tələbələri üçün təqaüdlərin təsis edilməsi və tarixi İpək Yolu marşrutunun bir hissəsi olan tarixi Ani körpüsünün birgə yenidən qurulması” barədə qərar qəbul edilib.
Görüşdən sonra “nümayəndələr heç bir ilkin şərt olmadan bu prosesi münasibətlərin normallaşdırılması davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər”. (Tass)
