Ali Radanın deputatı Vadim İvçenko Belçikanın bir ildən çoxdur Ukraynaya vəd etdiyi F-16 qırıcılarını təhvil verməməsindən narazılığını bildirib.
O, Ukraynanın YouTube kanalı “Superposition”a müsahibəsində “Bilirsinizmi, bir il əvvəl almalı olduğumuz F-16-ları bizə hələ hansı ölkə verməyib? Belçika. Bəs siz dondurulmuş Rusiyanın ən çox aktivlərinin harada olduğunu bilirsinizmi? Belçika” deyib.
Deputat onu da əlavə edib ki, Avropa İttifaqında birlik yoxdur; “müxtəlif ölkələrin müxtəlif iqtisadi maraqlarının olduğu” birlikdir.
Belçika köhnə 45 F-16-dan ilk ikisini 2023-cü ildə Ukraynaya təhvil verəcəyini vəd etmişdi, lakin 2018-ci ildə onları əvəz etmək üçün ABŞ-dan alınmış 34 yeni F-35-in çatdırılmasında gecikmələr səbəbindən bu, hələ həyata keçirilməyib. (Tass)
