Avropa Komissiyasının (AK) çərşənbə günü təklif edəcəyi İsrailə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsinə Aİ-nin bir neçə üzv dövləti mane ola bilər. Bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, AK-nin təkliflərinin əksəriyyəti İtaliya, Çexiya, Avstriya, Macarıstan, Bolqarıstan və “İsrailə silah tədarükünü qismən dayandırmaq qərarının ağır nəticələrindən hələ də əziyyət çəkən” Almaniyanın etirazı ilə qarşılaşacaq. “La Repubblica”nın məlumatına görə, İtaliyanın baş naziri Giorgio Meloni İsraillə ticarət sazişlərinin dayandırılmasını və ölkənin “Horizon” tədqiqat layihəsindən kənarda qalmasını müsbət addım hesab etmir.
Bununla belə, bəzi tədbirlər, məsələn, aqressiv israilli köçkünlərə qarşı sanksiyalar Berlin və Roma tərəfindən təsdiqlənə bilər. İtaliya da İsrail kabinetinin üzvlərinə qarşı sanksiyaları dəstəkləyə bilər.
Sentyabrın 10-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinə illik müraciəti ilə çıxış edərək, Komissiyanın Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə əlaqəni məhdudlaşdırmaq, hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etmək və Aİ ilə Assosiasiya Sazişini dayandırmaq niyyətində olduğunu bildirib. Avropa Komissiyası sentyabrın 17-də yəhudi dövləti ilə bağlı bir sıra tədbirlər təklif edəcək. (Tass)
