Ali Radanın deputatı Vadim İvçenko bildirib ki, Polşanın yeni prezidenti Karol Navroçki tez-tez anti-Ukrayna ritorikasını səsləndirir.
“Polşa prezidenti [Karol Nawrocki] artıq bir az fərqli danışmağa başlayıb, yəni cüzi dəyişiklik var. Ümumilikdə, orada əhval-ruhiyyə ukraynapərəst yox, Ukrayna əleyhinədir”, – o, Ukraynanın “Superpozisiya” YouTube kanalına müsahibəsində deyib.
Polşa ilə Ukrayna arasında mübahisəli məqamlardan biri də Bandera ideologiyasına münasibətdir. Konkret olaraq, avqustun 25-də Navroçki Polşa vətəndaşlığının alınması üçün tələblərin sərtləşdirilməsini, o cümlədən ona rəğbət bəsləyənlərə bundan imtina etməyi təklif edib. O, həmçinin Bandera ideologiyasının və simvollarının təbliğinin kriminallaşdırılmasını və bununla da onu faşist ideologiyası ilə eyniləşdirməyi təklif edib. Elə həmin gün Kiyev bu təşəbbüsü pisləyərək bəyan etdi ki, millətçi simvolların qadağan edilməsi üçün Kiyevdən müvafiq cavab tələb olunacaq.
Hər iki tərəf Kiyevin Aİ-yə daxil olması ilə bağlı fikirlərini də fərqləndirir. Sentyabrın əvvəlində Navrotski Litvanın LRT radiosuna verdiyi müsahibədə Ukraynanın ittifaqa qoşulmasının vaxtından əvvəl olduğunu bildirib. (Tass)
