İyun 28, 2026-0:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda vergi nəzarəti gücləndirilir

2025:09:18 - 10:58
in İQTİSADİYYAT
A A
Oktyabrın 1-dən Naxçıvan Muxtar Respublikasında vergi nəzarətinin təmin edilməsinə dair Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər tətbiq ediləcək, bununla da bazarlarda vergi nəzarəti gücləndiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Bazar mülkiyyətçisi olan vergi ödəyicilərinin vəzifələri” mövzusunda görüş keçirilib.

Görüş vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, sahibkarların qarşılaşdıqları vergi riskləri və elektron xidmətlərdən istifadə ilə bağlı olub.

Bildirilib ki, qanunvericiliyə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkündür. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

Qeyd olunub ki, qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi nəzərdə tutulur. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil. Bundan başqa, bazarların mülkiyyətçiləri tərəfindən qanun qüvvəyə mindikdən sonra növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin vergi orqanında uçota alınması təmin edilməlidir.

Vurğulanıb ki, qanunvericilikdə edilmiş bu dəyişikliklərə əməl edilməsi qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə, dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə, eləcə də istehlakçı hüquqlarının təmin olunmasına töhfə verəcək. Bazarlarda uçotsuz fəaliyyət göstərən şəxslərin qarşısının alınması, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə gətirib çıxarır, bazar mülkiyyətçisi bazarın qanunauyğun şəkildə fəaliyyət göstərməsində maraqlı olur və şəffaflaşma prosesi təmin edilir.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırlıb, mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Əvvəlki Yazı

Şuşada beynəlxalq tədbirlərin keçirilməsi suverenliyimizin və ərazi bütövlüyümüzün nümayişidir – RƏY

Növbəti Yazı

Aeroport “Formula 1” ilə bağlı sərnişinlərə müraciət etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.