İyun 27, 2026-22:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şuşada beynəlxalq tədbirlərin keçirilməsi suverenliyimizin və ərazi bütövlüyümüzün nümayişidir – RƏY

2025:09:18 - 10:38
in MƏDƏNİYYƏT
A A
Şuşa artıq yalnız mədəniyyət paytaxtı yox, həm də dövlətçilik məkanıdır.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ekpsertin sözlərinə görə, müasir dövrdə Şuşanın mədəni paytaxt olması məsələsi mübahisə olunmazdır: “Lakin bir siyasi mərkəzə çevrilməsi, Azərbaycan qalibiyyətinin simvoluna çevrilməsinin, bir az da diplomatik meydana, siyasətə coğrafi olaraq daşınmasını görüntüsüdür”.

Şərhçi imperiyalar dövründə müəyyən şəhərlərin dövlətin gücünü və mədəni kimliyini təmsil etdiyini xatırladıb: “Bu gün də Şuşa həmin rolu Azərbaycan üçün oynayır. Şuşa Azərbaycanın Londonudur. Çünki burada artıq dövlətin atributları formalaşır, dövlətin ideoloji dayaqları möhkəmlənir. Şuşanın məşhur Cıdır düzü, təbiətin qoyduğu abidələr, siyasi leksikonda tez-tez səslənməsi, həm mədəniyyət, həm də siyasət meydanı kimi ön plana çıxması bu reallığı təsdiqləyir. Bundan sonra Şuşa həm simvolik, həm də praktiki olaraq Azərbaycanın mədəni-siyasi paytaxtı rolunu daşıyacaq”.

Ekspertin fikrincə, görüşlərin Şuşada keçirilməsi həm də Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün nümayişidir: “Protokolun Bakıdan Şuşaya köçürülməsi, əslində, Qarabağın Azərbaycanın siyasi-mədəni məkanına qayıdışının simvoludur. Şuşa artıq yalnız mədəniyyət paytaxtı yox, həm də dövlətçilik məkanıdır. Burada keçirilən tədbirlər və dövlət ritualları Azərbaycanın qalibiyyətini, suverenliyini və yumşaq gücünü dünyaya göstərir. Şuşa həm də Azərbaycan idarəçiliyinin və təhlükəsizliyinin ölkənin hər yerində bərqərar olmasının göstəricisidir.”

Əvvəlki Yazı

QMİ sədri Astana Qurultayında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib

Növbəti Yazı

Naxçıvanda vergi nəzarəti gücləndirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.