Sentyabrın 23-dən 25-dək Rusiya sərhəd gözətçi gəmisi Bakıda limana çağırış edəcək. Proqrama Rusiya və Azərbaycanın sərhəd xidmətləri arasında təmaslar daxildir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Rusiya FSB-nin “Rəsul Qəmzətov” sərhəd gözətçi gəmisi sentyabrın 23-25-də Bakı limanına səfər edəcək. “Səfər təsdiq edilmiş ikitərəfli əməkdaşlıq planlarının bir hissəsidir. Səfər proqramına Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında ilk növbədə Xəzər dənizində ikitərəfli əməkdaşlığın müzakirəsi üçün təmaslar daxildir”.
Zaxarovanın sözlərinə görə, Rusiya sərhədçilərinin Bakıya səfəri “təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi və Xəzər regionunda praktiki əməkdaşlığın gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklərə dəlalət edir”. (Tass)
