Rusiya Aİ3-ü (Böyük Britaniya, Fransa və Almaniya) uzaqgörənlik və ehtiyatlılıq nümayiş etdirməyə və BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün yanlış cəhdlərdən əl çəkməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Biz Birgə Hərtərəfli Fəaliyyət Planının tərəfləri olan Avropa ölkələrini qarşıdurmadan əl çəkməyə və “snapback” adlanan məsələ ilə bağlı səhv fəaliyyət kurslarına yenidən baxmağa və İran və Atom Enerjisi Təşkilatı arasında Qahirə Razılaşması ilə diktə olunan nüvə silahının yayılmaması maraqlarını prioritetləşdirməyə çağırırıq.
O qeyd edib ki, Aİ3-ün BMT-nin Tehrana qarşı sanksiyalarını bərpa etmək üçün “qanunsuz və təxribatçı” cəhdləri İranın dinc nüvə enerjisi sektoru ətrafında ciddi böhran yaradır.
“Və bu vəziyyətdə Britaniya, Almaniya və Fransadan ehtiyatlılıq və uzaqgörən yanaşma tələb olunur”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib. (Tass)
