Aİ3 ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək məqsədi daşıyan hərəkətləri səbəbindən İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlıq dayandırılacaq. Bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası (MTŞ) məlumat yayıb.
“Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli üzrə planların təqdim edilməsinə baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən agentliklə əməkdaşlıq dayandırılacaq”, – Tasnim xəbər agentliyi bəyanatın bir hissəsini sitat gətirib. (Tass)
