Ukrayna 2025-2026-cı illərdə hərbi sənaye kompleksinin inkişafı üçün Qərb ölkələrindən əlavə 15 milyard dollar alacağını gözləyir. Bu barədə TASS-ın nəzərdən keçirdiyi Ukrayna hökumətinin Ali Radaya təqdim etdiyi 2025-2026-cı illər üçün fəaliyyət proqramında deyilir.
Proqramda qeyd olunduğu kimi, Ukrayna hökuməti 2025-ci il dekabrın 31-nə qədər “Ukrayna müdafiə-sənaye kompleksinin tərəfdaşlar tərəfindən ən azı 5 milyard dollar, 2026-cı ildə isə 10 milyard dollardan az olmayan səviyyədə maliyyələşdirilməsini” təmin etmək niyyətindədir.
Bu məbləğlər yalnız hərbi-sənaye kompleksinin maliyyələşdirilməsini əks etdirir; bunlara TASS-ın verdiyi məlumata görə, 2026-cı ildə 60 milyard dollara çata biləcək maliyyə dəstəyi, həmçinin ayda təxminən 1-2 milyard dollar təşkil edən silah, avadanlıq və sursatların birbaşa tədarükü daxil edilmir. (Tass)
