Yaponiyanın Baş naziri Şiqeru İşiba ümumilikdə BMT-nin və xüsusən də Təhlükəsizlik Şurasının öz mandat vəzifələrini tam yerinə yetirmək qabiliyyətini şübhə altına alıb və Təhlükəsizlik Şurasında islahatların aparılmasını müdafiə edib.
“Biz özümüzə sual verməliyik: BMT həqiqətən etməli olduğu şeyi edirmi? Öz funksiyalarını tam yerinə yetirirmi?” O, BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən bildirib. İşiba BMT Təhlükəsizlik Şurasını, xüsusən də veto sistemini tənqid edib.
İşiba Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayını genişləndirməyi təklif edərək, “Aydındır ki, indi qətiyyət nümayiş etdirməyin və Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsinin vaxtıdır” deyib. Eyni zamanda o vurğulayıb ki, “sadəcə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmaq kifayət etməyəcək”. “Lakin mən əminəm ki, Təhlükəsizlik Şurasının effektivliyini azaltmadan onu daha nümayəndəli etmək mümkündür”, – o əlavə edib. Yaponiyanın baş naziri həmçinin belə bir fikir bildirib ki, Təhlükəsizlik Şurasına yeni daimi üzvlər əlavə olunarsa, onlar 15 il ərzində veto hüququndan istifadə edə bilməməlidirlər. (Tass)
