Serbiyanın xarici işlər naziri Marko Djuriç Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yaxşı danışıqlar gözlədiyini bildirib.
“Bizim bütün cari hadisələri əhatə edəcək yaxşı danışıqlarımız olacaq”, – o, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində jurnalistlərə deyib.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Curiçlə Lavrovun görüşünün sentyabrın 24-də baş tutacağını açıqlamışdı. (Tass)
